Modern.az

Bakı Dövlət Universitetinin yataqxanası qarşısında vurulan 3 nəfər evə buraxılıb

Bakı Dövlət Universitetinin yataqxanası qarşısında vurulan 3 nəfər evə buraxılıb

14 Oktyabr 2015, 10:53


Oktyabrın 14-də Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında “Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək 6 piyadanı vurub.

Yaralanan şəxslər Klinik Tibbi Mərkəzə (KTM) aparılıb.

KTM-dən Modern.az saytına verilən məlumatda bildirilib ki, 6 nəfər yaralıdan 3 nəfəri evə buraxılıb: “1999-cu il təvəllüdlü Fərhad Rzayev reanimasiya şöbəsindədir. Vəziyyəti yaxşıdır, həyati təhlükəsi yoxdur.

Digər iki nəfərin də müalicəsi davam etdirilir”.

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək