Modern.az

Şəmkirdə məscid tikintisinin dayandırılmasının səbəbi AÇIQLANDI

Şəmkirdə məscid tikintisinin dayandırılmasının səbəbi AÇIQLANDI

14 Oktyabr 2015, 12:07

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şəmkir rayonu ərazisində məscid tikintisinin dayandırılmasının səbəblərini açıqlayıb. Komitənin mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, Şəmkir rayonu, Zəyəm kəndində məscid tikintisinə icazə verilməsi və ya bu məqsədlə torpaq sahəsi ayrılması ilə bağlı indiyədək komitəyə heç bir müraciət daxil olmayıb:

“Eyni zamanda, Zəyəm kəndinin hansısa sakini öz həyətyanı sahəsində və ya pay torpağında ibadət evinin tikintisinə icazə verilməsi ilə bağlı fərdi qaydada komitəyə müraciət etməyib. Buna görə də yerli icra hakimiyyəti orqanı haqlı olaraq qanunauyğun şəkildə tikintini dayandırıb.

İstənilən obyektin, o cümlədən dini ibadət yerinin tikintisi mövcud qanunvericilik əsasında aparılmalıdır. Bu, hüquq məsələsi olmaqla yanaşı, həm də mənəviyyat, halallıq məsələsidir. Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğu barədə rəy verilməsi haqqında normativ sənədlər var və bütün proseslər bu təlimata uyğun aparılmalıdır”.

Qeyd olunub ki, indiyədək, dövlət qurumları tərəfindən ölkədə ibadət evlərinin tikintisinə hansısa məhdudiyyət qoyulmayıb:

“Əksinə, ibadət evlərinin inşasına və bərpasına daim dövlət tərəfindən diqqət göstərilib. Şəmkir rayonu Zəyəm kəndində mövcud faktla əlaqədar onu da bildiririk ki, tikinti işləri dayandırılıb və hazırda müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək