Modern.az

“Dilçilik İnstitundakı yoxlamanın nəticəsi təhlil olunur”

“Dilçilik İnstitundakı yoxlamanın nəticəsi təhlil olunur”

14 Oktyabr 2015, 12:20


“Nəsimi adına Dilçilik İnstitunda başa çatmış maliyyə yoxlamaları ilə bağlı təhlillər aparılır”. Bunu  Modern.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, deputat İsa Həbibbəyli deyib.

O qeyd edib ki, nəticələr təhlil olunur və ətraflı müzakirə olunacaq.

Xatırladaq ki, institutda maliyyə yoxlamasını AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin rəhbərliyi ilə, akademiyanın üzvləri, hüquqşünasları, baş mühasib, işlər idarəsinin rəisi aparıb. İnstitutda monitorinqlərin aparılmasında əsas məqsəd prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan işlərin yoxlanılması olub.

Qeyd edək ki, bir müddət əvvəl Tofiq Hacıyev tutduğu direktorluq postundan istefa vermişdi. Onun istefasına səbəb kimi, institut daxilində intriqalarin şiddətlənməsi və akademiya rəhbərliyinin onun işlərinə müdaxilələr etməsi göstərilirdi.

T.Hacıyevin müvəqqəti olaraq Möhsün Nağısoylu əvəzləmişdi. Lakin bu yaxınlarda T.Hacıyev yenidən institutdakı vəzifəsinə geri qayıdıb.

O, istefa ərizəsini yazdığı vaxt əsəbi olduğunu və ərizəsini də məzuniyyətdə olduğu vaxt yazdığı üçün bunun qeyri-qanuni olduğunu bildirmişdi. Onun yenidən instituta qayıtması isə gərginliyi bir qədər də artırıb.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək