Modern.az

Deputat aztəminatlı ailələrin müdafiəsinə qalxdı

Deputat aztəminatlı ailələrin müdafiəsinə qalxdı

Təhsil

14 Oktyabr 2015, 12:34

“Ölkədə iqtisadi inkişaf uğurla davam edir və gəlirlərin azalması fonunda büdcədə xərclərin ötən illərlə müqayisədə nisbətən artması müsbət tendensiyadır. Xərclərin mümkün olduğu qədər azaldılmasını tələb edən bugünkü reallıqlar zəminində büdcədən əlavə vəsaitlərin istənilməsi düzgün olmazdı. Amma bəzi həlli vacib məsələlərə diqqət mütləq ayırmalıdır”.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisdə büdcə müzakirələri zamanı deputat Jalə Əliyeva deyib.

Onun fikrincə, aztəminatlı ailələrə sosial evlərin tikilməsi üçün əvvəlki illərdə nəzərdə tutulan layihələrin maliyyələşdirilməsi, ipoteka şərtlərinin yündgülləşdirilməsi, təhsil, səhiyyə işçilərinin ipoteka almasına yardımçı olmaq vacibdir:

“Çox vəsait tələb etməyən layihələr üçün dövlətimizin imkanı var. Ölkədə aparılan qazlaşdırma siyasətinin bir hissəsi olaraq təmsil olunduğum Zərdab rayonunun Sarıqaya kəndinə qaz çəkilir. Lakin həmin evlərin bir hissəsinin Kür çayının bəndinə yaxın yerləşməsi ora qaz xəttinin çəkilməsində problemlər yaradır və kənddə qaz çəkilişi yarımçıq qalıb. Kəndə qaz çəkilişi bir neçə aydır gecikir və heç bir halda həllini tapmır. Hökumət üzvlərindən həmin kəndin ərazisindən keçən qaz layihəsinin reallaşması üçün mümkün olanları əsirgməmələrini xahiş edirəm”.

 

Aytən Zəhra

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək