Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

14 Oktyabr 2015, 13:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə az yağış yağacağı, hava şəraitinin günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 16-19, Bakıda gecə 12-14, gündüz 17-19 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək