Fövqaladə Hallar Nazirliyi (FHN) 2015-ci ilin 9 ayı ərzində respublika ərazisində baş verən hadisələrin statistikasını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, bu ilin 9 ayı ərzində12229 təbii və texnogen mənşəli hadisə baş verib.
Qeyd olunub ki, bu, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2398 hadisə və ya 24 faiz çoxdur. “Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 61 nəfər həlak olub, 164 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 86 nəfər xilas edilib, 650 nəfər təxliyə olunub”.Bildirilib ki, 9 ay ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 12111 çıxış edilib:
“Yanğın hadisələri zamanı 55 nəfər həlak olub, 133 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 16 nəfər və ya 41 faiz, xəsarət alanlar üzrə 51 nəfər və ya 62 faiz çoxdur. 2015-ci ilin 9 ayı ərzində respublika ərazisində 12229 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2398 hadisə və ya 24 faiz çoxdur.
Həmçinin müvafiq dövrdə 26 partlayış hadisəsi baş verib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 hadisə və ya 24 faiz çoxdur. Partlayışlar zamanı 6 nəfər həlak olub, 31 nəfər xəsarət alıb”.
Gülşən RAUFQIZI