Modern.az

Rafael Cəbrayılov seçki platformasını açıqladı - FOTO

Rafael Cəbrayılov seçki platformasını açıqladı - FOTO

Təhsil

14 Oktyabr 2015, 16:05

 

46 saylı Şirvan seçki darəsindən Azərbaycan Respublikası Milli Məclisi deputatlığına namizəd Rafael Cəbrayılov seçki platformasını açıqlayıb. Seçki platformasının əsas müddəaları aşagıdakılardır.

1.  Azərbaycan Respublikasının dövlət suverenliyinin daha da möhkəmləndirilməsi, dövlətin hərbi qüdrətinin artırılması və Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli.

2.  Azərbaycan xalqının milli - mənəvi səylərinin qorunub saxlanılması şərtilə Respublika qanunvericiliyinin dünya standartlarına uyğunlaşdırılması.

3.  Qanun aliliyi prinsipinin hamılıqla qəbul edilməsi,  qanunların icrası və icra nəzarət mexanizimlərinin təkmilləşdirilməsi.

4.  Hüquqi dövlət və mülki cəmiyyət quruculuğunda  mühüm irəliləyişlər əldə etmk

5.  Demikratiyanın daha da inkişaf etdirilməsi və dövlət idarəçiliyində demokratik prinsiplərə ciddi riayət edilməsi. 

6.  Korrupsiya və məmur öz başınalığına son qoyulması.

7.  İqtisadiyyatın daha da  möhkəmləndirilməsi, özəl sektorun xüsusi çəkisinin artırılması, bazar iqtisadiyyatı münasibətlərinin inkişaf etdirilməsi.

8.  Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, əmək haqqı və pensiyaların artırılması, yuxsulluq səiyyəsinin minimuma endirilməsi.

9.  Regionların sosial-iqtisadi və mədəni inkişafının sürətləndirilməsi.

10.  Yeni iş yerlərinin açılması və işsizlik probleminin həlli. 11.  Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda

şəhid və ya əlil olmuş şəxslərin ailələrinə dövlət qayğısının daha da artırılması.

12.   İslam dininin əsaslarının orta məktəblərdə fənn kimi tədris edilməsi.

13. Şirvan şəhərində yeni salınmış yaşayış massivlərinin təbii qazla təchiz edilməsi.

14.Sovet  dövründə inşa  edilmiş cox mərtəbəli yaşayış binalarının əsaslı təmir olunması. Şəhər sakinlərinin maddi rifahının yüksəldilməsi. 

15. Şirvan şəhər mərkəzi stadionunun tikilib istifadəyə verilməsi, gənclərin asudə vaxtının Səmərəli kecirilməsi, məşğulluq səviyyəsinin yüksəlməsi istiqamətində əsaslı tədbirlər görülməsi.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək