80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə oktyabrın 9-dan etibarən seçicilərlə görüşlərə başlayıb. Seçki Qərargahının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, artıq bugünədək İmişlinin Qaragüvəndikli, Bəhrəmtəpə, Şahverdilər, Göbəktala, Sarxanlı, Buludlu, Boşçalılar, Qaralar, Cavadxanlı, Qaravəlli, Mirili, Bəcirəvan və Ağcüyür kəndlərinin seçiciləri ilə görüş keçirilib.
Böyük qələbəliklə keçən bu görüşlərdə seçicilər Ç.Qənizadəni yenidən deputatlığa namizəd kimi görməkdən məmnun olduqlarını və millətin vəkili kimi onların etimadını doğrultduğunu qeyd edib, ona səs verəcəklərini bildiriblər. Ç.Qənizadənin Seçki Qərargahı namizədin Milli Məclisdəki 5 illik fəaliyyətini qısa şəkildə özündə əks etdirən 10 min bukleti seçki dairəsinin ərazisində yerləşən hər bir evə paylayıb.Seçicilərlə görüşlər davam edir.
Modern.az