Modern.az

Qadın namizədlərin iştirakı ilə Forum keçirildi

Qadın namizədlərin iştirakı ilə Forum keçirildi

Təhsil

14 Oktyabr 2015, 16:28



Azəri Gənclər Alyansı  oktyabrın 13-də Bakı Mətbuat Mərkəzində Qadın seçki Forumu keçirib. Prezident yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyi ilə “Parlament seçkilərində qadınların elektoral aktivliyinin artırılması” layihəsi çərçivəsində həyata keçirlən forum tanınmış jurnalist Seymur Verdizadənin moderatorluğu ilə keçib.

Forumda öncə layihə rəhbəri Sevda Məmmədova  həyata  keçirilən layihə barədə ətraflı məlumat verib. Sonra  professor Rəna Mirzəzadə “Seçkilərdə qadınların həm aktiv, həm də passiv formada aktivliyi, dayanıqlı və stabil inkişafın təmin edilməsi məsələsidir”, 17 saylı Yasamal 3-cü seçki dairəsindən namizəd İlhamiyyə Rza “Seçki prosesinə qadın olaraq qatılmanın problemləri haqqında”, 32 saylı Suraxanı 3-cü seçki dairəsindən namizəd Mehriban Zeynalova “Qadınların parlamentdə sayının çox olması qadınların vəziyyətinin yaxşılaşdırılması  və dövlət proqramlarında qadınların maraqlarının nəzərə alınması məsələsidir”, 21 saylı  Nəsimi seçki dairəsindən namizəd Gunel Səfərova “Qadınların seçkilərdə aktivliyi sosial ədalət məsələsidir”,  Xətai rayonu 34 saylı ikinci seçki dairəsindən namizəd Fatimə Hacıbəyli “Qadın qadına dəstək olmalıdır”, 41 saylı Sumqayıt Birinci seçki dairəsindən namizəd Həcər Abbaslı “Seçkilərdə qadınların aktiv iştirakı  keyfiyyətli idarəetmə məsələsidir”, tanınmış jurnalist Aida Eyvazlı “Qadınların seçkilərdə namizəd kimi qatılması  niyə vacib sayılır?” və hüquqşünas Xalisə Şahverdiyeva “Seçkilərdə qadınların aktivliyi qadınların vəziyyətinin yaxşılaşdırılması  və dövlət proqramlarında qadınların  maraqlarının nəzərə alınması məsələsidir” mövzularənda çıxış ediblər.

Çıxışlarda daha çox Azərbaycan qadınının siyasi fəaiiyyətə cəlb edilməsi, parlament seçkilərində iştirak edən qadın namizədlərin bacarıqlarının artırılması, ölkə problemlərinin həllində qadınların rolunun artırılmasına nail olunması, Azərbaycan parlamentinin üzvü olacaq qadınların fəaliyyətlərinin effektivliyinin yüksəldilməsi, qadınların vətəndaş cəmiyyətinin inkişafında, ölkə siyasətində əhəmiyyətli rolunun ictimaiyyət tərəfindən tanınması, qadınların həmrəylik göstərərək bir-birilərinə dəstək olması və parlament seçkisində  fəal  iştiraka nail olması məsələlərinə diqqət yetirilib. Çıxışlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Forumun sonunda bu mövzuda araşdırma aparan jurnalistlər üçün qadınların siyasi iştirakçılığı, seçkili orqanlarda təmsil olunan lider qadınların fəaliyyəti  mövzusunda müxtəlif janrlarda yazı müsabiqəsi elan edilib. Müsabiqəyə oktyabrın 15-dən noyabrın 10-dək dövrdə KİV-də dərc edilən yazılar təqdim edilə bilər.  “Qadın və seçki” mövzusunda ən yaxşı yazılara görə pul mükafatlarının verilməsi nəzərdə tutulur. 



Modern.az

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək