Yeni Azərbaycan Partiyası tərəfindən 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən Milli məclisə namizədliyi irəli sürülən Rauf Əliyevin Şağan qəsəbəsində seçicilərlə görüş keçirib. Görüşdə qəsəbə sakinləri, ağsaqqallar çıxış eləyib, öz suallarını namizədə veriblər.
Seçki Qəragahından Modern.az-a verilən məluata görə, çıxış edənlər keçən dövür ərzində Rauf Əliyevin qəsəbənin sosial problemlərinin həllindəki roluna yüksək qiymət verərək qəsəbədəki bir neçə problemin həllində köməklik göstərməyi xahiş ediblər.Birinci növbədə qəsəbədə fəaliyyət göstərən 60 yerli uşaq bağçasının ərazisində yeni müasir tələblərə cavab verən uşaq bağçasının tikilməsi məsələsinin vacibliyi qeyd edilib.
Modern.az