Modern.az

Milli Məclis hökumətə 6 gün vaxt verdi

Milli Məclis hökumətə 6 gün vaxt verdi

Təhsil

14 Oktyabr 2015, 17:35


Milli Məclisdə Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında qanun layihəsinə baxılıb.  

Modern.az xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qanun layihəsini təqdim edib.

O bildirib ki, təklif edilən layihəyə əsasən 2016-cı ilin dövlət büdcəsində Hesablama Palatasının saxlanılması üçün 3 milyon 825,5 min manat vəsait ayrılması nəzərdə tutulur.

“Bu da 2015-ci ilin proqnoz göstərici ilə müqayisədə 66,6 min manat azdır. Azalma əsasən cari əsaslı malları və xidmətləri əhatə edir. Palata üzrə xərclər smetasının ümumi məbləğinin 83.3 faizi əməyin ödənilməsinə sərf edilir.  

Hesablama Palatasının təqdim etdiyi xərclər smetası onun fəaliyyətini səmərəli təşkil etməyə və nəzarət tədbirlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək”.  

Milli Məclisin sədri Oqtay Əsədov sonda bildirib ki, müzakirə olunan qanun layihələri oktyabr ayının 20-də Milli Məclisin IV çağırış payız sessiyasının son iclasında səsə qoyulacaq.  

Bununlada plenar iclas başa çatıb.  

Qeyd edək ki, hökumət 6 gün ərzində 2016-cı ilin dövlət büdcə layihəsinə yenidən baxacaq.  

Aytən ZƏHRA


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək