Modern.az

“Azəriqaz” sədrinin müavini işdən çıxarıldı

“Azəriqaz” sədrinin müavini işdən çıxarıldı

15 Oktyabr 2015, 00:17

“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun satış və istismar üzrə müavini Qamət Məmmədov işdən azad olunub.

Modern.az  Aznews.az-a istinadən bildirir ki, Qamət Məmmədovun işdən çıxarılmasına səbəb kimi onun işdə yol verdiyi ciddi nöqsanlar göstərilir.

Məlumatda deyilir ki, müvafiq qərar “Azəriqaz” İB-nin oktyabrın 10-da keçirilən iclasında verilib. 

Qamət Məmmədov əvvəllər Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinin rəisi işləyib. “Azəriqaz” sədrinin müavini vəzifəsinə 4 il əvvəl təyin olunmuşdu. 

Xatırladaq ki, prezident İlham Əliyev qaz təsərrüfatı sahəsindəki nöqsanları son çıxışlarında dəfələrlə tənqid edib.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək