Modern.az

Ağalar Vəliyevin Goranboyun cəbhə xəttindəki Tapqaraqoyunlu kəndində seçicilərlə möhtəşəm görüşü oldu

Ağalar Vəliyevin Goranboyun cəbhə xəttindəki Tapqaraqoyunlu kəndində seçicilərlə möhtəşəm görüşü oldu

15 Oktyabr 2015, 00:35

97  saylı Goranboy-Ağdam-Tərtər Seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin Goranboyun Tapqaraqoyunlu kənd seçiciləri ilə möhtəşəm görüşü keçirildi. Modern.az bilddirir ki, Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, namizədin  vəkillərindən rayon ağsaqqallar şurasının sədri Məzahir Zeynalov və Şahin Allahverdiyev çıxış edərək namizədin tərcümeyi-halı və əmək fəaliyyəti barədə ətraflı məlumat verdilər. Tədbirdə çıxış edən Tapqaraqoyunlu kənd sakini Mühəndis İsmayılov respublikamızda və rayonumuzda gedən inkişafdan danışaraq qeyd etdi ki, Tapqaraqoyunlu kəndi münaqişə zonası olmasına baxmayaraq kənd əhalisi ən çətin anlara sinə gələrək 37 şəhid vermiş, öz ana yurdumuzu düşmən əlinə verməmişdir. Kənd ağsaqqalı Tariyel Abbasov çıxışında qeyd etdi ki, Tapqaraqoyunlu kənd əhalisi artıq öz seçimini edib.Biz bunu bir daha seçki məntəqələrinə gələrək öz səsimizi verməklə sübut edəcəyik.   Modern.az  
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək