Modern.az

Kilsədə tövbə etmək istəməyən 2 gənc ölümcül döyüldü

Kilsədə tövbə etmək istəməyən 2 gənc ölümcül döyüldü

Təhsil

15 Oktyabr 2015, 11:53


ABŞ-ın Nyu-York şəhərindəki kilsələrdən birində qanlı insident yaşanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı Lukas Leonard və onun 17 yaşlı qardaşı Kristofer Leonard kilsə ayinindən sonra keşişə öz günahlarını etiraf etməkdən imtina ediblər. 

Bundan qəzəblənən kilsə ziyarətçiləri gəncləri döyməyə başlayıblar. Qardaşların döyülməsində valideynləri və bacıları da aktiv iştirak edib.Ağır xəsarətlər alan Lukas Leonard hadisə yerində dünyasını dəyişib.

Kristofer Leonardın müalicəsi isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.    

Nyu-York polisi kilsədə baş verən qətlin araşdırmasını davam etdirir.    

Vüqar İsmayılov       

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək