“Oktyabr ayının 25-i mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Hələ ki heç bir cavab verilməyib” Bunu Modern.az-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.
Onun sözlərinə görə, seçicilərlə görüşlərə də start veriləcək:
“Mitinqi çox güman ki, Yasamal rayonu ərazisindəki “Məhsul” stadionunda keçirəcəyik.
Bundan başqa, 15 saylı Yasamal Birinci Seçki Dairəsində seçicilərlə görüşlər də nəzərdə tutulub”.
Namidə BİNGÖL