YAP-ın 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputatlığa namizədi Rüstəm Xəlilov Azadkən , Minbaşı və Muğan Gəncəli kəndlərinin sakinləri ilə görüşüb. Modern.az-ın xəbərinə görə izdihamlı keçən görüşlərdə deputatlığa namizəd Rüstəm Xəlilov çıxış edərək Sabirabadda gedən iqtisadi-sosial tərəqqidən danışıb. Bildirib ki, bu inkişaf davamlı olacaq.
Rüstəm Xəlilov Sabirabadlıların dövlətin apardığı siyasətə sadiq olduqlarını, dövlətimizin inkişafına daim töhfə verdiklərini diqqətə çatdırıb.
Görüşlərdə həllini gözləyən müəyyən məsələlərə də toxunulub. Rüstəm Xəlilov bildirib ki, davamlı inkişaf prosesində problemlərin həlli istiqamətində lazımi tədbirlər görülür və görüləcək. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanda bütün sahələrdə davamlı inkişafı təmin etmək üçün konkret Dövlət Proqramları həyata keçirir. Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması, təhsil, elm, mədəniyyət sahələrində əsaslı uğurların qazanılması və digər istiqamətlərdə həyata keçirilən Dövlət Proqramlarının bu gün ortaya çıxardığı uğurlu nəticələri var. Əminəm ki, qarşıdakı dövrlərdə də Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti sayəsində böyük naliyyətlər əldə olunacaq.
Kənd sakinləri ölkə siyasətinə bundan sonra da dəstək verəcəklərini bildiriblər. Onları maraqlandıran bir sıra məsələlərin həlli yolları da müzakirə olunub.
Seçicilər Rustəm Xəlilovun ötən illərdəki deputat fəaliyyətindən razı qaldıqlarını ifadə ediblər. Sakinlər 1 noyabr parlament seçkilərində də məhz YAP-ın namizədi Rüstəm Xəlilovu dəstəkləyəcəklərini bildiriblər.
Modern. az