“YAP” tərəfindən 74 saylı Lənkəran kənd seçki dairəsindən namizədliyi irəli sürülən Hadı Rəcəbli seçiciləri ilə görüş keçirib.
Modern.az xəbər verir ki, görüşdə Girdəni və Verəvul kəndlərindən 200-dən çox seçici iştirak edib. Namizəd keçdiyi həyat yolu haqqında verilən qısa məlumatdan sonra, Barat Kərimov, Natiq Mirzəyev, Ədalət Nəzərov, Barat Aslanov və Bahəddin Məmmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi Hadı Rəcəblini dəsdəklədiklərini söyləyiblər. Seçicilər tərəfindən verilən sualları cavablandıran H. Rəcəbli, bir daha öz platformasında nəzərdə tutulmuş işlər haqqında danışaraq, seçıcilərin problemlərini hər zaman diqqətdə saxlayacağını vurğulayıb.Sonda kənd ağsaqqalları və gənclər Hadı Rəcəbliyə noyabrın 1-də keçiriləcək seçkidə yekdilliklə səs verəcəklərini bildiriblər.