Modern.az

Novruz Aslanov təbliğat-təşviqat kampaniyasını davam etdirir - FOTOLAR

Novruz Aslanov təbliğat-təşviqat kampaniyasını davam etdirir - FOTOLAR

16 Oktyabr 2015, 10:19


Oktyabrın 15-də 86 saylı İsmayıllı Seçki Dairəsindən Milli Məclisin deputatlığına namizəd Novruz Aslanov seçki kampaniyasını Şəbiyan, Keyvəndi, Minkə və Tircan kənlərində seçiciləri ilə görüşlərlə davam etdirib.

Seçki qərargahından Modern.az-a verilən məlumata görə, görüşlərdə yerli sakinlər N. Aslanovu çox səmimi qarşılayaraq ona havanın yağışlı olmasına baxmayaraq onların görüşünə gəlməsindən məmnun olduqlarını və təşəkkürlərini bildiriblər. Bütün kəndlərdə keçirilən görüşlərdə seçicilər N. Aslanova onlar üçün gördüyü işləri yüksək dəyərləndirərək ona bu seçki prosesində də uğurlar arzulayıb və bu seçkilərdə də onu dəstəkləyəcəklərini vurğulayıblar.

Novruz Aslanov da öz növbəsində səmimi münasibətə görə sakinlərə öz təşəkkürünü bildirib, dövlətin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlardan, özünün platformasından söhbət açıb. Sakinlər dövlətin həyata keçirdiyi siyasəti hər zaman dəstəklədiklərini bir daha vurğulayıblar.

 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyevdən təyyarə olayına görə Putinə məktub