Modern.az

MDB Dövlət Başçıları Şurasının iclası başladı

MDB Dövlət Başçıları Şurasının iclası başladı

16 Oktyabr 2015, 11:28


Qazaxıstanın kurort şəhəri olan Burabayda MDB dövlət başçılarının iclası keçirilir.

Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, iclasda 8 dövlət başçısı – Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sərkisyan, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbəy Atambayev, Tacikistan prezidenti İmaməli Rahmon, Özbəkistan prezidenti İslam Kərimov, Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Andrey Qalbur, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Satlık Satlıkov, Ukraynanın Qazaxıstandakı müvəqqəti işlər vəkili Yuri Lazebnik və MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev iştirak edir.

İclasda BMT-nin yaranmasının 70 illiyi ilə və Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın 30 illiyi ilə bağlı bəyanat veriləcək.  

MDB dövlət başçıları iclas əsnasında hüquq-mühafizə orqanları və fövqəladə hallar zamanı birgə əməkdaşlıq barədə müqavilə imzalayacaqlar. Bununla yanaşı, 2020-ci ilə qədər Birlik ölkələrinin hərbi əməkdaşlıq konsepsiyası təsdiqlənəcək və 2016-2020-ci illərdə sərhəd təhlükəsizliyi razılaşması qüvvəyə minəcək.    

Vüqar İsmayılov 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyevdən təyyarə olayına görə Putinə məktub