Modern.az

Gömrükdə “yaşıl” və “qırmızı” işıq

Gömrükdə “yaşıl” və “qırmızı” işıq

16 Oktyabr 2015, 12:06

Kənd Təsərrüfatı naziri Heydər Əsədov müsahibəsi zamanı məhsulların sahibkarların əlində qalmasının səbəblərini sadalayarkən gömrükdə yaradılan əngəllərə də toxunub. O “məhsulları sərhəddən çıxamağa qoymurlar” deməklə əslində bu sahədə olan problemləri dolayısı ilə qeyd edib.

İqtisadçı mütəxəssis Oqtay Haqverdiyev nazirin bu fikri ilə razılaşmayıb: “Əgər belə hal varsa belə, düzgün deyil. Burda məntiq də yoxdur. Azərbaycandan xaricə mal, məhsul aparılırsa, sənədləri qaydasındadırsa, onlara əngəl yaradıla bilməz. Mən dəqiq bilirəm ki, kənd təsərrüfatı məhsullarının ixracı zamanı gömrükdə onlara “yaşıl işıq” yanır”.

O.Haqverdiyev hesab edir ki, gömrükdə Azərbaycana idxal edilən məhsullarla bağlı problemlər mövcuddur: “Əgər nazir konkret problem bilirsə desin. Belə müəmmalı, üstüörtülü informasiyalar getməsini doğru saymıram. Yavaş-yavaş şişirdib, üstünə bir az da qoyanda məlum olur ki, bizim gömrük ümumiyyətlə bağlı qapıdır. Bir daha deyirəm burdan gedən mallara gömrükdə problem yoxdur. Amma xaricdən Azərbaycana gətiriləndə problemlər olur. Bunu heç kim dana bilməz. Hətta prezident İlham Əliyev də öz çıxışında bu məsələyə toxundu”.

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyevdən təyyarə olayına görə Putinə məktub