Modern.az

“Beynəlxalq təşkilatlarda 100-ə yaxın azərbaycanlı çalışır” - AÇIQLAMA

“Beynəlxalq təşkilatlarda 100-ə yaxın azərbaycanlı çalışır” - AÇIQLAMA

16 Oktyabr 2015, 12:15

“350-dən çox azərbaycanlı xaricdə səhiyyə sahəsində fəaliyyət göstərir”



Azərbaycanın tanıdılmasında xaricdə fəaliyyət göstərən diaspor nümayəndələrimiz müəyyən işlər görürlər. Lakin onların bu və ya digər qurumlarda, elm, təhsil, səhiyyə müəssisələrində çalışmaları Azərbaycanla bağlı təbliğat işləri aparılmasında daha böyük rol oynayır. Onlar öz işləri ilə diqqəti azərbaycanlı olmalarına, Azərbaycan haqqında həmin insanlarda fikir formalaşdırmağa çəkə bilirlər.

Hazırda müxtəlif xarici ölkədə fəaliyyət göstərən diaspor nümayəndələrindən necəsi elm və təhsil müəssisələrində çalışır?

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, xaricdə yaşayan nüfuzlu azərbaycanlı alimlərin təxminən 400 nəfərə yaxını ilə komitənin əlaqəsi var: “Onlar əsasən yaşadığı ölkələrdə elm və təhsil müəssisələrində çalışırlar. Eyni amanda, bir hissəsi diaspor təşkilatlarında da təmsil olunur. Bizdə olan məlumata görə, beynəlxalq təşkilatlarda 100-ə yaxın azərbaycanlı çalışır. Bundan başqa, 350-dən çox həmvətənimizin xarici ölkələrdə səhiyyyə sahəsində çalışdığı barədə məlumat var”.

Komitədən bildirilib ki, ziyalılarımızın ən çox çalışdıqları ölkələr Rusiya və Türkiyədir:

“Ziyalılarımızın 70 nəfərdən çoxu Avropa ölkələrində, Belarus, Moldova, Ukraynada çalışır. Amerika Birləşmiş Ştatları və Kanadada çalışan alimlərimiz isə 6-7 nəfərdir”.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyevdən təyyarə olayına görə Putinə məktub