Modern.az

Fuad Muradov: “Əsas məqsədimiz bütün işlərdə dövlətə dəstək olmaqdır” - FOTOLAR

Fuad Muradov: “Əsas məqsədimiz bütün işlərdə dövlətə dəstək olmaqdır” - FOTOLAR

16 Oktyabr 2015, 12:41

34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd Fuad Muradov rayonun Nəsrəddin Tusi küçəsində 12 binanın sakinləri ilə görüşlər keçirib.

Modern.az xəbər verir ki, seçicilərlə ünsiyyətdən məmnun olduğunu deyən Fuad Muradov bundan əvvəl də bir sıra görüşlər keçirdiklərini xatırladaraq bildirib ki, əsas məqsəd Xətai rayonunda bütün ərazilərdə olmaq, insanları narahat edən məsələləri yerində öyrənməkdir: “Dövlətimiz bu gün bütün sahələrə diqqət göstərir. Bizim isə əsas məqsədimiz bütün işlərdə dövlətə dəstək olmaqdır. Hər birimiz bunun üçün çalışmalıyıq.”

Çıxış edən seçicilər bildirdilər ki, Fuad Muradovu öz deputatları olaraq görmək istəyirlər.

“Biz hamılıqla inanırıq ki, Fuad Muradov bu dəfə bizi Milli Məclisdə layiqincə təmsil edəcək!”

 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyevdən təyyarə olayına görə Putinə məktub