Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında noyabrın 1-nə Milli Məclisə təyin edilmiş seçkilərdə namizədliyi 123 saylı Kəlbəcər Seçki Dairəsindən qeydə alınmış sabiq daxili işlər naziri İsgəndər Həmidovun şikayətinə baxılıb.
Modern.az xəbər verir ki, İsgəndər Həmidov təşviqat kampaniyası aparmaqda ona maneçiliyin törədilməsindən şikayət edib.
MSK onun şikayətini baxılması üçün müvafiq seçki dairəsinə göndərmək barədə qərar qəbul edib.
Qeyd edək ki, keçmiş nazir İsgəndər Həmidovun namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülüb.
Modern.az