Modern.az

12 rayon müəllimlərinin imtahan vaxtı və yerlər AÇIQLANDI

12 rayon müəllimlərinin imtahan vaxtı və yerlər AÇIQLANDI

16 Oktyabr 2015, 14:00


Azərbaycanda daha 12 rayon və şəhərdə müəllimlərin bilik və bacarıqlarının diqnostik qiymətləndirilməsinin keçirilməsi tarixləri müəyyənləşdirilib.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, ilk sınaq qiymətləndirmə Masallı Olimpiya İdman Kompleksində 28-30 noyabrda Masallı və Cəlilabad rayonundan olan müəllimlər üçün keçiriləcək.
Dekabrın 4-7-də İmişli , Saatlı, Sabirabad, Şirvan, Hacıqabul rayon müəllimləri Sabirabad Olimpiya İdman Kompleksində, dekabrın 11-12-də Xaçmaz rayon müəllimləri Xaçmaz Olimpiya İdman Kompleksində, dekabrın 16-20-də Sumqayıt şəhəri, Abşeron, Qubadlı rayon müəllimləri Sumqayıt Olimpiya İdman Kompleksində imtahan verəcəklər.

Dekabrın 24-25-də isə Gəncə müəllimləri Gəncə Olimpiya İdman Kompleksində imtahan verəcəklər.

Qeyd edək ki, 2016-cı ilin yanvarından adı çəkilən rayon və şəhər müəllimlərinin əmək haqlarının artırılması planlaşdırılır.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyevdən təyyarə olayına görə Putinə məktub