Modern.az

İŞİD 14 yaşdan yuxarı bütün kişiləri səfərbərliyə çağırıb

İŞİD 14 yaşdan yuxarı bütün kişiləri səfərbərliyə çağırıb

16 Oktyabr 2015, 14:36



Son günlər Suriya ordusu və kürd mücahidləri qarşısında xeyli mövqe itirən İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması əks-hücuma keçmək üçün nəzarətdə saxladığı ərazidə 14 yaşına çatmış bütün kişiləri səfərbərliyə çağırıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıya alınan bütün kişilər yaxın günlərdə İŞİD-in özünə paytaxt elan etdiyi Rakka şəhərində toplaşmalıdır.

  Ərəbistan KİV-inin məlumatına görə, cəbhədə ağır duruma düşən İŞİD səfərbərliyi zorakılıq yolu ilə həyata keçirir. Qruplaşma sıralarına qatılmaq istəməyən gənclər isə səyyar məhkəmələrin qısa müddətli iclaslarından sonra güllələnirlər.  

Vüqar İsmayılov    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyevdən təyyarə olayına görə Putinə məktub