Modern.az

Rafiq Hüseynov müalicə üçün yenidən Türkiyəyə gedir

Rafiq Hüseynov müalicə üçün yenidən Türkiyəyə gedir

16 Oktyabr 2015, 15:37


Xalq artisti Rafiq Hüseynov müalicə üçün gələn həftə Türkiyəyə yollanacaq. 

Bunu Modern.az-a açıqlamasında xalq artistinin özü deyib: “Gələn həftə müalicə üçün yenidən Türkiyəyə gedirəm. Səhhətimin necə olacağı barəsində ancaq müalicədən sonra danışa bilərəm”.

Tanınmış diktor Rafiq Hüseynov ötən il ağ ciyər xərçəngindən Türkiyədə əməliyyat olunub. O, müalicəsini davam etdirmək üçün vaxtaşırı Türkiyəyə gedir.

Türkan Bəşir
Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış