Modern.az

Rauf Əliyev: “Bu erməni diasporunun növbəti məğlubiyyətidir”

Rauf Əliyev: “Bu erməni diasporunun növbəti məğlubiyyətidir”

16 Oktyabr 2015, 14:20


“Strasburq şəhərində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası qondarma “erməni soyqırımının” inkarının söz azadlığı çərçivəsinə sığmadığını və qanunla cəzalandırıla bilinməyəcəyini tanıyıb. Bu erməni diasporunun növbəti məğlubiyyəti kimi qiymətləndirilməlidir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatasının İsveçrə Hökümətinin “Doğu Perinçekin İsveçrəyə qarşı” 17 dekabr 2013-cü il tarixli iddiası üzrə apellyasiya şikayəti üzrə qətnaməsini qiymətləndirərkən deyib. O vaxt İsveçrə türk siyasətçisi Doğu Perinçekə tam şəkildə uduzmuşdu. Ancaq erməni diasporu İsveçrəni apellyasiyaya verməyə məcbur edib. 

Avropanın İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası apellyasiya şikayətini rədd edərək qəbul olunmuş qətnaməni qüvvədə saxlamışdır. Bu qətnamədən sonra “erməni soyqırımı” tarixi fakt kimi yox ancaq bir fikir, rəy kimi qəbul edilir. Bu Türkiyənin qələbəsi haqqın- ədalətin zəfər çalmasıdır.

AİHM-nın Böyük Palatasının bu qətnaməsi göstərdi ki, yalanlar,uydurmalar üzərində qurulan siyasət gec-tez iflasa uğrayır,həqiqət öz yerini tapır.

Ermənistan dünya erməni diasporunun dəstəyi ilə dünya ictimaiyyətini öz yalanlarına inandırmaq üçün hər cür vasitələrə əl atırlar. Ancaq son illər möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə aparılan müdrik daxili və xarici siyasət, Azərbaycanın Beynəlxalq aləmdə artan nüfuzu ermənilərə qarşı aparılan informasiya müharibəsinin genişləndrilməsinə və gücləndirilməsinə şərait yaratmışdır. Artıq bu sahədə Azərbaycan tədricən üstünlüyə nail olur.

İnanırıq ki, ermənilərin Dağlıq Qarabağ məsələsi ətrafında apardığı təcavüzkar, işğalçı siyasəti tezliklə iflasa uğrayacaq və haqq-ədalət qalib gələcək. Bunun üçün hər bir azərbaycanlı tutduğu vəzifədən, dünyanın harasında yaşamağından asılı olmayaraq Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmalıdırlar. Əsl mühribədə qalib gəlməkdən öncə informasiya müharibəsində qalibiyyəti təmin etməliyik.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyevdən təyyarə olayına görə Putinə məktub