Modern.az

Türkiyə sərhədlərini pozan təyyarəni məhv etdi

Türkiyə sərhədlərini pozan təyyarəni məhv etdi

16 Oktyabr 2015, 15:55

 

Bu gün Türkiyənin Suriya ilə sərhədində insident olub.

Modern.az saytının verdiyi xəbərə görə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı  məlumat yayıb ki, ölkənin hava sərhədlərini pozan təyarə vurulub.

Bildirilib ki, təyyarənin hələlik hansı ölkəyə məxsus olduğu məlum deyil. Hadisə Suriya ilə sərhəddə baş verib.  

Qeyd olunub ki, 3 dəfə xəbərdarlığa məhəl qoymayan təyyarə daha sonra "F-16"larla  vurularaq yerə salınıb.

***

Son məlumatlara görə məhv edilən pilotsuz təyyarə olub.


Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış