Bir müddət əvvəl Türkiyəyə aparılmış Qarabağ qazisi, jurnalist Müslüm Məmmədov Ankarada Qazi Universitetinin xəstəxanasında əməliyyat olunub.
O, bir neçə il bundan əvvəl hepatiti C virusuna yoluxub.
Qara ciyəri sirroz olan Müslüm Məmmədov uzun müddət Azərbaycan, İran və Türkiyədə müalicə alsa da, sonda həkimlər çıxış yolunu ona qara ciyərin transplantasiyasında görüblər.
Həkimlərin xəstənin yaxınlarına bildirdiklərinə görə 16 saat davam edən cərrahiyyə əməliyyatı uğurlu alınıb.
Müslüm Məmmədov artıq palataya köçürülüb və həkimlərin ciddi nəzarəti altında müalicəsini davam etdirir. Allahdan soydaşımıza şəfa diləyirik.
Müslüm Məmmədovun əməliyyat olunmasında millət vəkili Qənirə Paşayeva, “Azərsun” Holdinq, Qızıl Aypara Cəmiyyəti yardımçı olub. Buna görə Qarabağ qazisinin ailəsi onlara minnətdardılar.
Modern.az