Ötən gün YAP Nəsimi rayon təşkilatının sədri və Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızı Nəsimi rayonu ərazisində yaşayan Qarabağ müharibəsi və 20 Yanvar əlilləri və şəhid ailələri və Çernobıl əlilləri ilə görüş keçirib.
Modern.az xəbər verir ki, görüşdə çıxış edən deputatlığa namizəd və millət vəkili Məlahət İbrahimqızı seçicilərə Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyavin ölkəmizdə gördüyü işlərdən , əldə olunan uğurlardan ətraflı danışdı.
Deputatlığa namizəd Azərbaycan Respublikasının Prezidentinin bu günlərdə hökumətin 9 aylıq hesabatı zamanı etdiyi parlaq çıxışı haqda, onun söylədiyi gələcək hədəflər, dövlətimizin əsas prioritetləri, görüləcək işlər haqqında danışaraq, fikir mübadiləsi edildi.
Çıxış edın hər bir sakin ölkə rəhbərinin apardığı siyasəti dəstəklədiyini Ali Baş Komandanın hər zaman ölkənin müdafiə qüdrətinin artırılması sahəsində gördüyü işləri təqdir etmələrini bildirərək tezliklə işğalda olan torpaqların azad ediləcəyinə inamlarını bildirdilər.
Görüşün sonunda "Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri" İctimai Birliyinin sədri Azər Quliyev, "20 Yanvar Cəmiyyəti" Nəsimi rayon şöbəsinin sədriTofiq Allahverdiyev Çernobıl Əlilləri İttifaqının Nəsimi rayon filialının sədri Xələf Həsrətov çəxəş edərək daimə ölkə Prezidentin ətrafında sıx birləşdiklərini, onun siyasətini dəstəklədiklərini bildirərək, 1 Noyabrda keçiriləcək seçkilərdə YAP namizədini dəstəkləyəcəklərini bildirdilər.
Sonra isə Məlahət İbrahimqızı III Alatavada yaşayan Nəsimi rayon seçiciləri ilə lə görüşdü və onları narahat edən problemlərini öyrəndi.
Modern.az