Bu gün Yeni Azərbaycan Partiyasının 74 saylı Lənkəran kənd seçki dairəsindən nazmizədliyini irəli sürmüş Hadı Rəcəbli təbliğat- təşviqat kompaniyası çərçivəsində seçicilərlə görüşüb.
Aşağı – Nüvədi qəsəbə şadlıq sarayında baş tutan görüşü kənd ağsaqqalı Sərhad Məmmədov açaraq, Hadı Rəcəblinin tərcüməyi halı və böyük siyasi həyat yolu haqqında məlumat vermişdir. Bildirilib ki, Hadı Rəcəbli Milli Məclisin Sosial Siyasət komitəsinin sədri kimi sosial sahədə qanunların hazırlanmasında yaxından iştirak edir, bu sahədə hüquqi bazanın formalaşmasında öz səy və bacarığını əsirgəmir. Görüşdə bir sıra kənd və qəsəbə sakinləri Qüdrət Cəfərov, İsmayıl Həsənov, Barat Məhərrəmov, Yaşar Əkbərov və Alagöz Sadıqova çıxış edərək öz ürək sözlərini söyləmiş və həmişə olduğu kimi bu dəfədə yekdilliklə Hadi Rəcəbliyə səs verəcəklərini bildirmişlər.