Modern.az

Bizim yanımızda olan namizədə - Fuad Muradova səs verəcəyik!

 Bizim yanımızda olan namizədə - Fuad Muradova səs verəcəyik!

17 Oktyabr 2015, 12:22

 

34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd Fuad Muradov rayonun Qədir Məmmədov və Cavanşir küçələrində 12 binanın sakinləri ilə görüşlər keçirib.

Seçiciləri qarşısında çıxış edən Fuad Muradov bildirib ki, bu gün müstəqil və daim inkişaf edən Azərbaycanın vətəndaşları olaraq seçkilərdə iştirak etməli və öz münasibətimizi bildirməliyik.

“Mən Xətai rayonundan namizədliyi verdim. Mənim üçün Azərbaycanın hər bir güşəsi əzizdir. Sizinlə birlikdə olmaq, sizin dəstəyinizlə bu rayonda işləmək üçün gəlmişəm. Bundan əvvəlki fəaliyyətimizlə bağlı məlumat ala bilərsiniz. Əsas məqsədimiz odur ki, bu gün inkişaf edən ölkəmizin daha da çiçəklənməsi üçün öz töfhəmizi verək.

İnanıram ki, hər bir vətəndaşımız dövlətimizin apardığı siyasəti izləyir və dəstəkləyir.” Görüşdə çıxış edən ağsaqqallar, gənclər bu gün Azərbaycanın əsas məsələsi olan ərazi bütövlüyünün bərpa edilməsinin vacib olduğunu diqqətə çatdırdılar. O da qeyd olundu ki, istənilən vaxt torpaqlarımızın azad edilməsinə hər bir Azərbaycan vətəndaşı hazırdır.

Seçicilər bildiriblər ki, Fuad Muradov Xətai sakinlərinin seçimi olacaqdır.

Çünki biz yanımızda olan, bizə dəstək nümayiş etdirən namizədə səs verəcəyik. Fuad Muradovun hər gün Xətainin demək olar, əksər ərazilərində olduğunun, insanlarla birbaşa ünsiyyət qurduğunun şahidiyik.

1 noyabrda bizim deputatımız Fuad Muradovdur.



 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?