Modern.az

Dağıstanda 4 terrorçu öldürüldü

Dağıstanda 4 terrorçu öldürüldü

17 Oktyabr 2015, 13:50


Dağıstanda anti-terror əməliyyatları zamanı 4 terrorçu öldürülüb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat verib.

Məlumatda qeyd edilir ki, Federal Təhlükəsizlik Xidmətinin (FTX) xüsusi təyinatlı dəstəsi meşə massivində mühasirə zonasından çıxmağa çalışan dəstə aşkarlayıb və onların zərərləsizləşdirilməsi zamanı 4 terrorçu neytrallaşdırılıb.  

Əməliyyat zamanı FTX-nin əməkdaşı da yaralanıb.  

Modern.az    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?