Modern.az

Avtovağzaldakı yamaclar sökülə bilər - AÇIQLAMA

Avtovağzaldakı yamaclar sökülə bilər - AÇIQLAMA

17 Oktyabr 2015, 14:32

“Bakı-Sumqayıt yolunun çökməsində heç bir dəyişiklik yoxdur. Sadəcə olaraq, tam nəzarət altındadır. Hər gün ərazi yoxlanılır, mayaklar qoyulur”.

Bunu Modern.az-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzal kompleksinin baş mühəndisi( Həm də “Bakı21 əsr” MMC-nin baş mühəndisi) İlham İbişov deyib.

Onun sözlərinə görə Bakı-Sumqayıt yolunu avtovağzal hissəsində çökmə prosesi aktivdir.   Gün ərzində 1-2 millimetr çökmə prosesi baş verir. Amma, müəyyən hissələrdə çökmənin qarşısı alınıb. Hələlik  qorxulu heç nə yoxdur.

Fövqəladə Hallar Nazirliyi və Ekologiya Nazirliyinin nümayəndələri də bayaq  burda idi.

Onlar hər gün iclas keçirib müşahidələr aparır. İşin gedişinə nəzarət edirlər. Yağışların intensivləşəcəyini nəzərə alaraq hal-hazırda müvəqqəti möhkəmləndirmə işləri aparılır. Müvəqqəti möhkəmləndirmə işlərinin 50%-i görülüb. Qısa müddətdə bu iş başa çatdırılacaq. Əsaslı möhkəmləndirmə işləri isə uzun vaxt aparacaq”.

Baş mühəndis yamacların sökülməsinə də aydınlıq gətirib.   “Yamacların sökülməsi məsələsi də gündəmdədir. Zamanla bunun şahidi olacaqsınız”  

Namidə BİNGÖL

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?