17 oktyabrda 86 saylı İsmayıllı Seçki Dairəsindən Milli Məclisin deputatlığına namizədi Novruz Aslanov seçki kampaniyasını ucqar kəndlərdə davam etdirib.
Belə ki, Sumağallı, İstisu və Qalacıq kəndlərində möhtəşəm görüşlər keçirilib. Seçicilər N. Aslanovu hərarətlə qarşılayıb və bu seçkilərdə də onu dəstəkləyəcəklərini bildiriblər.N. Aslanov da öz növbəsində bu hərarətə görə sakinlərə öz təşəkkürünü edib, onlarla səmimi söhbətlər aparıb. Sakinlər dövlətin həyata keçirdiyi siyasəti siyasəti həmişə dəstəklədiklərini vurğulayıb və bu sabitliyə görə prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Kənd ağsaqqalları da N.Aslanovun imkanları daxilində hər zaman rayon sakinlərinə dəstək verdiyinə görə məmnun olduqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, bu günə kimi N. Aslanov 28 kənddə görüş keçirib və bu görüşlər 42 kəndin sakinini əhatə edib.
Modern.az