Modern.az

İjevsk şəhərində “Nə? Harada? Nə zaman?” intellektual oyununun çempionatı baş tutub

İjevsk şəhərində “Nə? Harada? Nə zaman?” intellektual oyununun çempionatı baş tutub

17 Oktyabr 2015, 16:30


15 Oktyabr 2015-ci ildə İjevsk şəhərinin Xalqlar Dostluğu Evində, Udmurtiya Respublikasının Milli Siyasət Nazirliyinin və Xalqlar Dostluğu Evinin dəstəyi ilə “Udmurtiya Azərbaycan Dostluq İctimaiMərkəzi” Udmurtiyanın milli mədəni birlikləri arasında Nə? Harada? Nə zaman? oyununun 40 illiyi münasibətilə həmin intellektual idman oyunun açıq çempionatını keçirib.

Açılış mərasimində Udmurtiya Respublikasının Milli Siyasət Naziri xanım Larisa Nikolayevna Buranova, Xalqlar Dostluğu Evinin direktor müavini xanım Larisa Vladimirovna Soloninko, “Dostluq” Azərbaycan Diasporasının rəhbəri Zülfüqar Mirzəyev idmançılara uğurlar arzulayıb. Bayram tədbirində qonaqları səmimi salamlayan “Dostluq” Azərbaycan Diasporasının rəhbəri Zülfüqar Mirzəyev, Milli Siyasət Nazirliyinin rəhbərliyinə, Xalqlar Dostluğu Evinə, “AMOR”-un idarə heyətinin üzvü Həsənova Ayət Hümbət qızına və “AzərTac” İnformasiya Agentliyinə tədbirin təşkilatçılığında göstərdikləri köməyə və iştiraka görə təşəkkür etdi, sonra isə təhsil müəssisələrinin qızıl medal və diplom alan məzunlarını təntənəli şəkildə mükafatlandırdı.

Oyuna klubun mütəxəssisləri, Nə? Harada? Nə zaman? Rusiya televiziya oyununun oyunçuları, oyunun qalibləri və “Büllur bayquş” mükafatının sahibləri Rövşən Əskərov və Dmitri Avdeyenko aparıcılıq etdilər .

Yarışda respublikanın milli-mədəni birliklərindən ibarət 17 komandanın tərkibində ümumilikdə 100 dən çox mütəxəssis iştirak edib. Onları oyunu seyr edən 300-dən çox tamaşaçı dəstəkləmişdir. “Beyin fırtınası” üç saata yaxın davam edib və bu zaman ərzində komandalar müxtəlif sahələrlə bağlı yüksək bilik səviyyəsi göstərərək qələbə uğrunda layiqli mübarizə aparıblar.

Oyunda təkcə rəqabət deyil, həmçinin bayram əhval ruhiyyəsi hökm sürürdü.

Tədbir milli vətənpərvərlik və qürur  hisslərinin formalaşması , hər bir xalqın, xalqlar arası dostluq münasibətlərinin möhkəmlənməsinə tövhə verməsi məqsədilə təşkil edilib.

Final oyunlarından sonra ən yaxşı bilik komandalarının adları məlum oldu. Birinci yeri Udmurtiya Respublikası Yəhudi İctimai Mədəniyyət Mərkəzinin komandası “Kip- İj”, ikinci yeri Udmurtiya Respublikası Milli Siyasət Nazirliyinin komandası “Minnats UR”, üçüncü yeri isə Udmurtiya Respublikası Kryaşen (tatar) Milli Mədəni Mərkəzinin Komandası “Vse po QOSTu” tutub.

Qaliblərə mükafatları “Azərbaycan Udmurtiya Dostluq İctimai Mərkəzi” Regional İctimai Təşkilatının rəhbəri Zülfüqar Mirzəyev, Udmurtiya Milli Siyasət Naziri xanım Larisa Nikolayevna Buranova, “Nə? Harada? Nə zaman?” intellektual televiziya oyunu klubunun mütəxəssisləri, Nə? Harada? Nə zaman? oyununun 2004-cü il üzrə mütləq dünya çempionları, “Büllur bayquş” mükafatının sahibləri Rövşən Əskərov və Dmitri Avdeyenko təqdim etdilər.

Çıxışının sonunda Udmurtiya Respublikasının Milli Siyasət naziri xanım Larisa Buranova, Rövşən Əskərova, Dmitri Avdeyenkoya, Ayan Həsənovaya və “AzərTac” İnormasiya Agentliyinin rəhbərliyinə Udmurtiyada “Nə? Harada? Nə zaman?” açıq turnirinin keçirilməsində fəal iştirak etdiklərinə təşəkkür etdi.

O, həmçinin qeyd etdi ki, hal-hazırki tədbir çox yüksək səviyyədə keçirilib və “Udmurtiya Azərbaycan Dostluq İctimai Mərkəzinin” rəhbəri Zülfüqar Mirzəyevə gələcək işlərində uğurlar arzu etdi.

Turnir təşkilatçıları yarış iştirakçılarını Pərviz Mahmudovun möhtəşəm ifasında “Mənim Azərbaycanım” ,  Faiq və Rauf Mirzəyev qardaşlarının ifasında “All or me” mahnısı ilə sevindirdilər.

  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!