AMEA müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, professor Nizaməddin Şəmsizadə, tarix elmləri doktoru Şahin Fazil qubalılara çağırış etdilər

Tanınmış iqtisadçı ekspert, millət vəkili və bu ilin noyabrın 1 - də keçiriləcək parlament seçkilərində yenidən millət vəkilliyinə namizədliyi irəli sürülmüş Vahid Əhmədov Quba şəhərində seçiciləri ilə daha bir uğurlu görüş keçirib.
200 - dən artıq seçicinin iştirak etdiyi görüşdə AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, professor Nizaməddin Şəmsizadə, tarix elmləri doktoru Şahin Fazil çıxış edərək Vahid Əhmədovun səciyyəvi xüsusiyyətlərindən danışıblar. Quba sakinlərindən Sabir Səfərov, Şıxbaba Şıxbabayev çıxşlarında qubalıların deputatlığa bir namizədi olduğunu və bu şəxsin də nüfuzu, bacarığı, mərdliyi, dövlət xadimliyi ilə hörmət qazanmış Vahid Əhəmdov olduğunu bildiriblər.
Daha sonra tədbirdə Bakıda yaşayan Quba ziyalıları adından qubalılara müraciət oxunub və noyabrın 1-də qubalıların Vahid Əhmədova səs vermələrinin əhəmiyyəti qeyd edilib.
Seçiciləri qarşısında çıxış edən namizəd Vahid Əhmədov həmişə olduğu kimi bu dəfə də xalqına arxalanaraq daim haqqın tərəfində dayanacağını, Qubanın inkişafı və tərəqqisi istiqamətində çalışacağını bildirib.