Yeni Azərbaycan Partiyasının 74 saylı Lənkəran kənd secki dairəsindən namizədi Hadı Rəcəblınin təbliğat-təşviqat kompaniyası çərçivəsindəki silsilə görüşləri bu gün də baş tutub.
Girdəni kənd şadlıq evində baş tutan görüşü rayon ağsaqqallar şurasının sədri Sərhad Məmmədov açaraq, namizədin böyük həyat yolu barədə məlumat verdikdən sonra bildirib: “Hadı Rəcəbli YAP-in təşəbbüsü ilə artiq 5-ci dəfədir Milli Məclisin deputatlıgına namizəd verilir və inşallah sizin dəsdəyinizlə bu il də deputat seçiləcəkdir”. Görüşdə söz alan Osaküçə, Havzava, Bəliton və digər kənd sakinləri Dövlətov Şahrza, Həsənov İltifat, Mirzəyeva Arzu, Mirzəyev Mirhüseyn öz ürək sözlərini söyləyib və Hadı Rəcəbliyə böyük inam və etimadları olduğunu bildirib, noyabrin 1-də keçiriləcək seckilərdə yekdilliklə ona səs verəcəklərini deyiblər. Lənkəranlılarla hər görüşün yadda qalan olduğunu deyən deputatlığa namizəd, respublikada gedən sosial-iqtisadi siyasət və geniş quruculuq abadlıq işlərindən, cənab prezident İlham Əliyevin apardıği daxili və xarici siyasətin xalqımızın güzaranına necə böyük təsir göstərməsindən danışıb.