Terror təşkilatı İraq-Şam İslam Dövlətinə (İŞİD) yeni üzv cəlbetmə üsullarını araşdıran Birləşmiş Millətlər Təşkilatı (BMT) komissiyasının sədri Elzbieta Karska Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib ki, İŞİD-i yönləndirənlər yeni cihadçıları Suriya və İraqa cəlb etmək üçün sosial media ilə yanaşı, xarici döyüşçülərin gəldikləri ölkələrdəki dairələrdən də istifadə edirlər.
“Yeni yaraqlıları İraq və ya Suriyaya gətirənlərə 2 min, 3 min, hətta 10 min dollara qədər pul mükafatı verildiyi xəbərlərini alırıq. Mükafat miqdarı gətirilən adamın qabiliyyətinə bağlı olur”, - Karska deyib.