Deputatlığa namizəd Vahid Əhmədov Qəçrəş kəndində seçiciləri ilə görüş keçirib.
Qəçrəş kənd tam orta məktəbində baş tutan görüşdə Qəçrəş, Qımılqazma, Küsnətqazma kəndlərindən olan 100-dən artıq sakin iştirak edib.Tədbiri giriş sözü ilə açan namizədin vəkili İsa Şırinov Vahid Əhmədovun keçidiyi həyat yolundan, əmək və 10 il müddətindəki deputatlıq fəaliyyətindən danışmışdır. Bildirilmişdir ki, Vahid Əhmədov öz nüfuzu, bilik, bacarıq və səriştəsi, aktivliyi ilə daim seçicilərinin etimadını doğrultmuşdur.
Çıxış edən təqaüdçü Əlisultan Səmədov qeyd-şərtsiz Vahid Əhmədova səs verəcəklərini bildirərək əlavə edib ki, buna səbəb məhz kənd sakinləri tərəfindən ona edilən müraciətlərə daim həssaslıqla yanaşması, problemlərinin həllnə kömək edilməsi əsas verir. Kənd sakini Fazil Salahov isə hətta bu seçkilərdə qəçreşlilərin Vahid Əhmədovdan başqa namizədinin olmadığını və hamılıqla ona səs verməyə borclu olduqlarını bildiriblər.
Kənd sakini bildirib ki, Qəçrəş kəndi uzun illər içməli su sarıdan, kənd məktəbi isə istilik sisteminin işləməməsi səbəbindən şagirdlərin soyuq günlərdə məktəbə gəlməmələrindən, gələnlərin isə xəstələnmələrindən əziyyət çəkib.
Edilən şikayət və müraciətlər cavabsız qaldığından, sonda Vahid Əhmədova müraciət edilmiş və məhz Vahid müəllimin təşəbbüsü və yaxından köməyi ilə Qəçrəşdə içməli su problemi həll edilib, kənd məktəbinə isə təbii qaz çəkilib. Seçicilərinin hər bir müraciətinə belə həssas və ciddi yanaşan bir insan deputat olmağa ən layiqli şəxsdir.
Əhmədağa Ədilov isə çıxışında bildirib ki, Vahid Əhmədov təkcə qubalıların deyil, istənilən bölgənin də vətəndaşlarının deputatıdır.
Ona digər regionlardan da edilən müraciətlərin həll edilməsinə digər regionlarda olan tanışları vasitəsilə məlumat alıb.
Kənd sakini Məmmədkərim Salahov isə məhz SSRİ dövründən banklarda qalan əmənətlərin qaytarılmasında Vahid müəllimin əməyini, daimi bu haqda təkliflərə çıxış etməsini qeyd edərək batmış vəsaitlərin əhaliyə qaytarılmasındakı rolundan danışıb, eyni zamanda kredit faizlərinin azaldılması, kiçik və orta sahibkarlığın inkişafı istiqamətindəki təklifləri daim xalqın rifahının yüksəldilməsinə, ölkəmizin potensialının artırılmasına və müstəqilliyinin dönməzliyinə hesablanıb. Bu baxımdan da məhz şəxsiyyətlər fondu olan Milli Məclisimizə belə deputatlar lazımdır.
“Vahid Əhmədov kimi deputat təkcə qubalıların deyil, elə Azərbaycanımızın fəxridir” - deyə kənd sakini qeyd edib.
Digər çıxış edənlər Şıxəli Ərəbov, Yavər Mərdiyev də Vahid Əhmədovun deputat seçilməyə haqqı olduğunu qeyd ediblər.
Görüşdə çıxış edən namizəd Vahid Əhmədov onunla görüşə gələn sakilərə təşəkkür edib, seçiləcəyi təqdirdə yenə də həmişəki kimi seçicilərinə arxalanaraq haqqın tərəfində dayanacağını, onların etimadını doğruldacağını bildirib.
Modern.az