
18-19 oktyabr 2015-ci il tarixində Gürcüstan baş nazirinin müavini və xarici işlər naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasına rəsmi səfər edəcək.
Bu barədə
Modern.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində Giorgi Kvirikaşvilinin Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub. Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransı keçiriləcək.
Modern.az