Modern.az

Azay Quliyevin seçki qərargahından “bayraq hədiyyəsi” aksiyası

Azay Quliyevin seçki qərargahından “bayraq hədiyyəsi” aksiyası

18 Oktyabr 2015, 20:57

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin Seçki Qərargahı bu gün - 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə Binəqədi rayonu ərazisindəki Zərifə Əliyeva Parkında sakinlərə bayraq hədiyyə etmə aksiyası təşkil edib.

Aksiyaya seçki qərargahının könüllüləri ilə yanaşı, deputatlığa namizəd Azay Quliyev və onun vəkilləri də qatılıb.

Əvvəlcə, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın abidəsini ziyarət edən iştirakçılar abidə önünə gül dəstələri qoyublar. Sonra deputatlığa namizəd Azay Quliyev parkda istirahət edən sakinləri 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib, onlara səmimi arzularını çatdırıb.

Aksiyada sakinlərə Azərbaycan bayrağı hədiyyə edilib. 








Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?