Bu gün Azərbaycan Milli Dirçəliş Hərəkatının başlanmasından 27 il ötür. 1988-ci il noybarın 17-də yüzminlərə insan Bakının Azadlıq meydanına toplaşaraq, Şuşa yaxınlığındakı Topxana meşəsinin qırılmasına və ərazidə Ermənistanın Kanaker alüminium zavodunun işçiləri üçün pansionatın tikilməsinə etiraz bildirmişdilər.
İlk olaraq Şuşa yaxınlığında yerləşən Topxana meşəsinin qırılmasına etiraz kimi başlayan hərəkat sonrakı illərdə ideya transformasiyasına uğrayaraq Sovet hakimiyyətindən azadlıq tələb edən milli oyanış hərəkatına çevrildi. Hadislərin xronologiyasına bir daha nəzər salaq.
Noybarın 16-da “Azərinform” Agentliyi Şuşa şəhərinin bir qrup sakininin Azərbaycan Kommunist Partiyasının rəsmi orqanı olan “Kommuniast” qəzetinə “Topxana harayı” başlığı ilə göndərdiyi açıq məktub barədə məlumat verir. Məktubda şəhər sakinləri Ermənistanlın Kanaker alüminium zavodunun işçiləri üçün Topxana meşəsində profilaktor sanatoriyanın tikilməsinə etirazlarını bildirirlər.
“Şuşa yaxınlığındakı daha çox tarixi məkan və ekoloji təmiz ərazi kimi tanınan Topxana meşəsində Ermənistandan gələn kooperatorlar tərəfindən nadir və qiymətli ağac növləri qırılır”-deyə məktubda yazılmışdı.
Məhz bu məktub növbəti gün Azadlıq meydanına yüzminlərlə insanın toplaşmasına səbəb olur.
Dekabrın 4-dən 5-nə keçən gecə SSRİ Daxili İşlər Nazirliyinin aksiyanı zor gücünə yatırdığı ana qədər hərəkat Kremlin ciddi narahatçılığına yol açır.
Əslində insan seli yalnız Topxana meşəsində yaranmış ekoloji vəziyyətə deyil, həm də Dağlıq Qarabağ ətrafında Moskva və Yerevanın oynadığı oyuna etiraz idi.
Noybarın 19-da Sumqayıt hadislərinin əsas iştirakçılarından biri olan Əhməd Əhmədovun Moskvada güllələnərək edam olunması isə kütləni daha da qəzəbləndirir.
Hadisələrin idarəolunmaz məcraya yönəlməsindən qorxan Kreml təcili addımlar atmalı olur.
Noybarın 20-də SSRİ Baş prokuroru Aleksandr Suxarev Qarabağa, sonra isə Yerevana gəlir.
Onun tələbi ilə noyabrın 21-də SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Dağlıq Qarabağdakı nümayəndəsi Arkadi Volski Topxana meşəsindəki bütün tikinti işlərini qadağan edir. Ardınca, meşənin ekoloji vəziyyətini təftiş etmək üçün Topxanaya SSRİ İnşaat İşləri üzrə Dövlət Komitəsi və SSRİ Təbiətin Mühafizəsi üzrə Dövlət Komitəsinin nümayəndələri gəlir.
Həmin ilin 25 dekabrında isə Topxananaya bu dəfə məşhur hüquq müdafiəçisi və akademik Andrey Saxarov səfər edir. Sonarlar o, meşə haqqında təəssüratlarını belə bölüşür.
“Biz qarşımızda gözəl təpəliklər, sağ tərəfdə isə Azərbaycan rəhbərliyinin dəbdəbəli malikanlərini gördük. Butün bu vaxt ərzində akademiklər də daxil olmaqla rəhbər şəxslər burada öz istirahət vaxtlarını keçirirdilər. Amma dağ havası, geniş mənzərə möhtəşəm idi. Lüsya (Andery Saxarovun həyat yoldaşı-red.) mənə dedi ki, ən məntiqlisi burada zəlzələdən zərər çəkmiş və astmadan əziyyət çəkən uşaqlar üçün ümumittifaq, yaxud beynəlxalq səviyyəli reabilitasiya mərkəzi, böyüklər üçün sanatorioya şəbəkəsi və s. inşa etmək olardı”.
SSRİ-nin süqutuna qədər Topxana meşəsində heç bir tikinti ilşəri gerçəkləşdirilmədi.
1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə SSRİ Daxili Qoşunları Azadlıq meydanındakı aksiyanı dağıdaraq milli azadlıq hərəkatına divan tutdu.
Modern.az Cıdır düzü ilə qonuşluqda yerləşən Topxana meşəsinin son görüntülərini təqdim edir.
Vüqar İsmayılov