Hazırda Nardaran kəndində sakitçilikdir. Modern.az saytı xəbər verir ki, Musavat.com-un Nardaranda olan reportyorları bu barədə məlumat verib.
Məlumata görə axşam saatlarında da İmam Hüseyn Meydanında kənd sakinləri əzadarlıq edirlər, mərsiyələr deyirlər. Kənd sakinlərinə dünәn hәlak olanların cənazələrinin gətiriləcəyi deyilib. Lakin bu məlumat hələ də öz təsdiqini tapmır. Nardaranın girişində polis əməkdaşları post qurub. Kəndin içində, İmam Hüseyn meydanın yaxınlığında isә kәnd sakinləri postlar qurublar.
Modern.az