Milli Məclisin deputatları Qarabağa səfər edə bilərlər

Milli Məclisin deputatları Qarabağa səfər edə bilərlər

20 Oktyabr 2009, 17:37

Okyabrın 22-də Azərbaycan Milli Məclisinin (MM) deputatlarının Moskvada Ermənistan parlamentinin üzvləri ilə görüşü olacaq. Moskvaya gedəcək Azərbaycan nümayəndə heyətinin üzvü, MM-in Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Rövşən Rzayev Modern.az-a bildirib ki, Rusiya Dövlət Dumasında təşkil olunacaq görüşdə 5 Azərbaycan, 5 Ermənistan deputatı, o cümlədən 5 Rusiya Dövlət Dumasının üzvü iştirak edəcək.
R.Rzayev deyib ki, bu görüşdə Qarabağ problemi ilə bağlı müzakirələr aparılacaq.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətində Rövşən Rzayevdən başqa, Rəbiyyət Aslanova, Əli Hüseynov,  Sabir Hacıyev, Mixail Zabelin və Gülər Əhmədovanın da təmsil olunacağı gözlənilir.
R.Rzayev deyib ki, sözegedən görüşdə azərbaycanlı deputatların Dağlıq Qarabağın işğal altındakı ərazisinə səfəri məsələsi də müzakirə olunacaq. Amma bununla bağlı razılıq əldə olunub olunmayacağı hələlik məlum deyil. Əgər razılıq əldə olunsa, Qarabağa hansı millət vəkillərinin gedəcəyi də məlum deyil. Deputatların Dağlıq Qarabağa nə vaxt, hansı tərkibdə getməsini Milli Məclisin rəhbərliyi müəyyənləşdirəcək. R.Rzayevin sözlərinə görə, səfərin reallaşdırılması təşəbbüsünü Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə ictimaiyyətin qoşulması və tənzimləmə prosesinin fəallaşması kimi qiymətləndirmək olar.
Qeyd edək ki, bundan öncə bir neçə dəfə Azərbaycanın bir qrup rəsmi şəxsi və tanınmış ictimi xadimi Qarabağın işğal olunmuş ərazilərinə, o cümlədən Şuşaya səfər edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vasif Talıbov istefa ərizəsi yazıb?