Abdulla Gül İlham Əliyevlə telefonla danışıb

Abdulla Gül İlham Əliyevlə telefonla danışıb

21 Oktyabr 2009, 15:12

zərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül bu gün telefonla danışıblar. Telefon söhbəti zamanı Türkiyə Prezidenti əvvəlcə ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Dimitri Medvedevlə Qafqazda sülh və sabitliyin təmin edilməsi ilə bağlı söhbətləri barədə İlham Əliyevə məlumat verib. CNN Türk-ün məlumatına görə, hər iki prezident Türkiyə-Azərbaycan münasibətlərinin soyuması ilə bağlı mənzərənin yaranmasını yanlış hesab ediblər.Prezidentlər hər iki dövlət üçün çətin bir dönəmdən keçilərkən yaranan bəzi anlaşılmazlıqların aradan qalxdığını bildiriblər.
Gül administrasiyasının yaydığı xəbərə görə, tərəflər Azərbaycanla Türkiyə arasında münasibətlərin soyuması və gərginlik yaranması haqda xəbərlərin əsassız olduğu bildiriblər.
Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Türkiyə Prezidenti Abdullah Gül bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması mümkün deyil.
İlham Əliyev isə bu mövqeyə görə Abdullah Gülə minnətdarlığını bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
“Qardaş yumruğu” İranı qorxuya saldı