Modern.az

Dünyanın ən gənc naziri müsəlmandır

 Dünyanın ən gənc naziri müsəlmandır

11 Fevral 2016, 22:41

 

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazir, Dubay Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum federal hökumətin yeni tərkibini təsdiq edib. Modern.az saytı xəbər verir ki, hökumətin tərkibinə ölkənin gənclər naziri təyin olunan 22 yaşlı Şamma Əl-Mazrui də daxildir.

Tolerantlıq məsələləri üzrə yeni nazir vəzifəsinə Şeyxa Lyubna bin Xalid Əl-Qasimi təyin edilib. O, bundan əvvəl beynəlxalq əməkdaşlıq və inkişaf naziri olub.

Ölkə tarixində ilk xoşbəxtlik naziri isə Ohud bin Həlfan Əl-Rumi təyin edilib. O, xoşbəxt cəmiyyət quruculuğu məsələləri ilə məşğul olacaq. Ümumilikdə, hökumətin 12-ci heyətində 8 yeni nazir var, onlardan 5-i qadındır. Qadınların orta yaşı 38-dir.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza