Modern.az

Əli Həsənov: "İstərdik siyasətçilər, alimlər, mütəxəssislıər bu kitabı təhlil etsinlər"

Əli Həsənov: "İstərdik siyasətçilər, alimlər, mütəxəssislıər bu kitabı təhlil etsinlər"

9 Dekabr 2010, 14:06

Milli Məclisin rəsmi orqanı olan "Azərbaycan" qəzeti "İnkişafın Azərbaycan modeli" adlı kitab nəşr edib. Modern.az saytının məlumatına görə, kitabın ideya rəhbəri Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, redaktoru isə professor Əli Həsənovdur.
Dekabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində “İnkişafın Azərbaycan modeli” kitabının  təqdimat mərasimi keçirilib.
Mərasimdə öncə millət vəkili Ziyad Səmədzadə çıxış edib, deyib ki, “İnkişafın Azərbaycan modeli” kitabında müstəqil Azərbaycanını keçdiyi inkişaf modelindən bəhs edilir.
”Azərbaycan keçid dövrü ilə bağlı bir çox problemlər yaşasa da, dahi lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində çətin günlər arxada qaldı. Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Dünyada 200-dən çox ölkə var. Bir çox dövlətlər müstəqillik əldə etsələr də, beynəlxalq arenada müstəqil ölkə kimi tanınmırlar. Lakin Azərbaycanın müvəffəqiyyətlə keşdiyi uğurlu inkişaf modeli dünya ölkələri üçün böyük bir nümunədir. Cənab prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, Azərbaycan keçid dövrünü artıq başa vurub”.

Z.Səmədzadə dünya maliyyə böhranına toxunaraq qeyd edib ki, Azərbaycan yeganə ölkədir ki, bu krizisdən az zərərlə çıxıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev isə deyib: “Mən 2003-cü ildən sonra cənab prezidentin apardığı siyasəti Heydər Əliyevin islahatlar modeli adlandırıram. Azərbaycanın iqtisadi inkişafının dünyada analoqu yoxdur. Azərbaycanın makroiqtisadi göstəriciləri Ermənistan və Gürcüstanla müqayisədə  4 dəfə artıqdır”.
 
Ş.Hacıyev “İnkişafın Azərbaycan modeli” kitabını akademik Ramiz Mehdiyevin yeni töfhəsi kimi qiymətləndiriib.

YAP icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycanını inkişaf modelinin bir neçə komponenti var. “I neft strategiyası, II siyasi sabitlik, III iqtisadi islahatlar, IV itisadi  inteqrasiya”.
Ə.Əhmədov deyib ki, “İnkişafın Azərbaycan modeli” kitabı prezident İlham Əliyev siyasətini izləyənlər üçün dəyərli mənbədir.

Millət vəkili Əli Məsimli bildirib ki, Azərbaycan kiçik dövlət olmasına baxmayaraq 30 mlrd. dollar valyuta ehtiyatı var. “Azərbaycanın inkişaf modeli 2008-2010 il böhranından uğurla keçən modeldir”.
 Ə.Məsimli deyib ki. “İnkişafın Azərbaycan modeli” kitabı mütləq başqqa dillərə tərcümə olunmalıdır.

Tədbirin sonunda Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov çıxış edərək bildirib ki, sözügedən nəşrin ərsəyə gəlməsində əsas səbəb Azərbaycanın mövcüd iqtisadi-siyasi  inkişaf modelini dünya ictimaiyytinə çatdırmaqdır. Ə.Həsənovun sözlərinə görə, Azərbycan yeganə ölkələrdəndir ki, əhalininn sosial təminatını öz üzərinə götürür.
“Biz bu kitabı hazlırlayan zaman qarşımıza qoyduğumuz əsas prinsip tarixi dəyərlərimizi çatdırmaqdır. Biz istərdik siyasətçilər, alimlər, mütəxəssislıər bu kitabı təhlil etsinlər. Siyasətçilər tarix yaradır. Alim və mütəxəsisslər isə onu təhlil edirlər”-deyə Ə.Həsənov əlavə edib.

Anar Rüstəmov

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu