Modern.az

Bakıda sürücüləri çaşdıran yol nişanı-Video

 Bakıda sürücüləri çaşdıran yol nişanı-Video

Təhsil

5 Mart 2016, 22:52

 

Paytaxtın Nəsimi rayonu ərazisində, Bakıxanov küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində əksər sürücülər çətinlik çəkir.   Modern.az saytı "Xəzərxəbər"ə istinadən bildirir ki, buna səbəb bəzi sürücülərin baş yol nişanını əsas gətirərək qaydanı pozmalarıdır.  

Amma həmin sürücülər onlara üstünlük verən yol nişanını əsas gətirərək qaydanı pozmadıqlarını deyirlər.  

Ekspert Ərşad Hüseynov isə bildirir ki, baş yol nişani işıqfor işləyərkən qüvvəsini itirir. Buna görə də Bakıxanovdan sola dönən sürücülər qarşıdan gələnlərə yol verməlidirlər.

Ekspert deyir ki, Bakıxanov küçəsində baş yol nişanın olması sürücülərə heç də həmişə üstünlük vermir: "Bu məsələ Yol Hərəkəti Haqqında Konvensiyanın 5-ci maddəsi ilə tənzimlənir. Əgər, işıqfor müxtəlif səbəblərdən işləməsə, bu zaman sürücülər baş yol nişanının tələbinə əməl etməlidirlər".

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir