Modern.az

Gömük Komitəsi “Yalama”dakı insidentlə bağlı AÇIQLAMA yaydı

Gömük Komitəsi “Yalama”dakı insidentlə bağlı AÇIQLAMA yaydı

7 Mart 2016, 13:24

Dövlət Gömük Komitəsi bəzi KIV-lərdə  Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda Qarabağ əlilinin fiziki təzyiqə məruz qalması barədə yayılan məlumata münasibət bildirib.

“Dövlət Gömük Komitəsi bildirir ki, Azərbaycan Respublikası vətəndaşı Zakir Əliyev Azərbaycandan Rusiya Federasiyasına  apardığı pomidor yükünü gömrük orqanına nar və alma kimi bəyan edib və Rusiya tərəfi ilə həyata keçirilən birgə əməliyyat nəticəsində yük saxlanılıb. Yoxlama zamanı gömrük orqanı əməkdaşları Zakir Əliyevə  yükün mal müşayiət sənədlərinin qaydasında olmadığını  irad tutaraq bəyannamənin  qanuna uyğun şəkildə tərtib  edilməsini tələb edib. Ancaq Zakir Əliyev bununla razılaşmayıb və əlilliyindən istifadə edərək  qanusuz hərəkətlərə yol verib və  asayişi pozmağa çalışıb”,-deyə komitənin mətbuat xidmətindən Modern.az-a verilən açıqlamada bildirilib. 
 
Qeyd edilib ki,  “tələbinə nail ola bilmədikdə isə Zakir Əliyev qardaşı Ramin Əliyev və 2 nəfər yaxın qohumu ilə birlikdə etik qaydalara uyğun olmayan şəkildə  ”Yalama” gömrük postunun rəisi  Valid Nəsirovun  xidməti otağına daxil olaraq zorla tələblərini reallaşdırmağa cəhd göstərib.  Valid Nəsirov onlara qanunvericiliyin müddəalarını xatırladaraq yükün müşayiət sənədlərinin düzgün tərtib olunmasının vacibliyini  bir daha xatırladıb. Lakin gömrük postu rəisinin otağına qanunsuz şəkildə daxil olanlar bu dəfə də onu nalayiq ifadələrlə təhqir edib  və fiziki təzyiq göstərib”.  

Baş verən hadisə ilə əlaqədar  “Yalama” gömrük postunun rəhbərliyi aidiyyatı üzrə  polis şöbəsinə müraciət edib və faktla bağlı  hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu